
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb.
Oktyabrın 27-də Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyir və rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Bu gün Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə raket zərbələri endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 27-də Quba Olimpiya İdman Kompleksində (OİK) bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinə yekun vurulub. Birincilikdə 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda balacalar, yeniyetmələr və gənclər olmaqla 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib.
Oktyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media qurumlarından olan Anadolu Agentliyinə müsahibə verib.