HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakı Gənclər Mərkəzində “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub

Bakı Gənclər Mərkəzində Vətən müharibəsi şəhidi baş leytenant Muxtar Qasımlıya həsr olunmuş “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin nümayişi keçirilib. Dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər, media nümayəndələri, tələbə və gənclərin iştirak etdiyi tədbirin məqsədi şəhid Muxtar Qasımlının keçdiyi döyüş yolunu gənclərə aşılamaq, gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.

Quba-Xaçmaz regionu üzrə 7 şagird inklüziv təhsilə cəlb olunub

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin 1 və 3-cü siniflərində, Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 1 və 2-ci siniflərində ümumilikdə 7 şagird inklüziv təhsilə cəlb olunub.

Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim həyət”in açılışı olub

Oktyabrın 20-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası başlayıb

Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir.

AZƏRTAC xəbər verir ki, Xəzri İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunan tədbirdə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının Prezidenti Aleksandr Ratner, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva və 50-yə yaxın Avropa ölkəsinin təmsilçiləri iştirak edirlər.

1 500 illik tarixə malik abidənin məlumat lövhəsində yanlışlıq var

Balakən rayonunun Katex kəndi ərazisində yol boyunca uzanan tarixi bir abidə var. Bu abidəyə “Qafqaz səddi” də deyilir. Tarixi mənbələrdə “Qafqaz səddi”nin Şəkidən başlayaraq Gürcüstana kimi uzandığı barədə məlumatlar var. Səddin qalıqları müxtəlif zamanlarda baş verən döyüşlər və sonrakı illərdə müxtəlif səbəblərdən dağılıb.