Füzuli şəhərində 2040-cı ilədək 50 min sakin məskunlaşacaq
Bu ilin sonuna qədər 3500-ə yaxın Füzuli sakininin şəhərə qayıdışı nəzərdə tutulur. Füzuli son 3 ildə, işğaldan azad olunduqdan sonra yenidən qurulur və bərpa edilir. Artıq Füzuli sakinləri öz doğma yurdlarına qovuşur. Təxminən 1000-ə yaxın sakin Füzuli şəhərində məskunlaşıb. Ümumiyyətlə, 2040-cı ilədək Füzuli şəhərində 50 min vətəndaşımız məskunlaşacaq.