Nazir: İlin sonuna qədər ölkədə 100 faiz yüksəksürətli internet təchizatını təmin edəcəyik
Azərbaycan hökuməti ölkənin İKT məhsullarının ixracı üzrə mərkəzə çevrilməsi üçün böyük işlər görür. Bu günlərdə Özbəkistan və Qazaxstanın iştirakı ilə startaplar üçün bir sıra layihələr məhz Bakıda reallaşdı. Bizim xüsusilə Özbəkistanla innovasiyalar və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində sıx əməkdaşlığımız var.