Zəfər Gününün ildönümünə həsr olunan “Qələbə qaçışı” təşkil edilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda Zəfər Gününün üçüncü ildönümünə həsr olunan “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçışda startdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.