HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan ərazi bütövlüyünü tam bərpa etməklə, bölgədə davamlı sülhün yolunu açmışdır – Bəyanat

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki qanunsuz rejimin süqut etməsi və oradakı Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz silahlı birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması nəticəsində həmin bölgədə dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsini tarixi hadisə kimi alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sentyabrın 30-da STEAM İnnovasiya Mərkəzində Pedaqoqların Peşəkar İnkişaf Seminarı (EPDW) təşkil olunub. Azərbaycan Respublikasının Kosmik Agentliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə 50 STEAM müəllimi iştirak edib.

Dünya sürətlə dəyişir və kosmos ekosisteminə qədəm qoymaq üçün yeni imkanlar yaranır, qlobal miqyaslı innovasiyalar yaradılır. Bu sahədə STEAM-in xüsusi yeri var və özündə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərini ehtiva edir.

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğuladı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.