Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib

Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu – “Aquatherm Baku” sərgiləri işə başlayıb. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat – “Road&Traffic” sərgisi də təşkil edilib.