Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.
Ukrayna Ali Radasının deputatları Azərbaycanın Qarabağ bölgəsində uğurlu lokal antiterror tədbirlərini və orada aparılan reinteqrasiya prosesini dəstəkləyən bəyanatla çıxış ediblər.
Oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.
Oktyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Xarici işlər naziri Ceyhun Bayramovun ölkəmiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərksilah edilməsinə dair sentyabrın 27-də BMT Baş katibinə ünvanlandığı məktub və tərk-silah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyəti Fransanın bəyanatına cavab olaraq bəyanatla çıxış edib.