Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” uşaq və gənclər qəzetinin təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması yekunlaşıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Kiyevdə, “Mıstetski Arsenal” (“İncəsənət Arsenalı”) milli mədəni-bədii və muzey kompleksində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının mayın 30-da Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.