Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
2026-cı ilin martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 515,9 milyon dollar (124 milyard 976,9 milyon manat) təşkil edib.
2026-cı ilin martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 515,9 milyon dollar (124 milyard 976,9 milyon manat) təşkil edib.

Aprelin 23-də Bakıda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib.
Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir.

Xocalı rayonunun Xanabad kəndindəyik. Dağlar qoynunda yerləşən bu cənnətməkan kənd işğaldan azad edildikdən sonra aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində daha da gözəlləşib. Bu gün doğma sakinlərini yenidən qoynuna alan kənddə həyat qaynayır. İnsanlar illərdir həsrətində olduqları torpağa qayıdıb, əkin-biçinlə məşğul olur, bu torpağa yenidən nəfəs verirlər.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində turistlərin ziyarət etdiyi məkanlardan biri də Mehmandarovların malikanə kompleksidir. Saray tipli tarixi yaşayış kompleksi XVIII əsrdə inşa olunub. Kompleksə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.