Katalin Kariko və Dryu Vaysman fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatının adı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə macar alimi Katalin Kariko və amerikalı Dryu Vaysman 2023-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldüyü elan edilib. Alimlər bu mükafata “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” layiq görülüblər.