HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri Azıx mağarasında yenidən tədqiqat aparacaqlar

AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparmış beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyəti yenidən Azərbaycana gəlib. Onlar 2023-cü ildə başladıqları tədqiqatları davam etdirəcəklər. Azərbaycan tərəfindən institutun aparıcı elmi işçisi Azad Zeynalovun həmrəhbərliyi ilə fəaliyyət göstərən arxeoloji ekspedisiyanın tərkibinə Danimarka, Norveç və Almaniyadan olan alimlər daxildirlər.

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.

Xocalının Ballıca və Xanyurdu kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

Mayın 30-dan başlayaraq Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Ballıca və Xanyurdu kəndlərində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi iyunun 30-u günün sonunadək davam edəcək.

Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb

Mayın 29-u saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Xudaverdi Həsən oğlu Sadıqov ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.