HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək

Sentyabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Maimunah Mohd Şərif ilə görüşüb.

FHN-in Qarabağ Regional Mərkəzinin rəisi: Yük karvanı Ağdam – Xankəndi yolu ilə hərəkət edəcək

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, zəruri ərzaq məhsullarının göndərilməsi nəzərdə tutulub. Sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı Ağdam – Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq.

Baş Prokurorluq Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı istintaq aparır

Bu il sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli antiterror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının sülhməramlı kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın beş hərbi qulluqçusu həlak olub.