HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan XİN Cozef Borelin bəyanatına cavab verib

Avropa İttifaqının hazırkı hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi.

Anar Eyvazov: Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri sıradan çıxarılıb

Mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexnika qovşağı, eləcə də digər döyüş vasitələri sıradan çıxarılıb.