Azərbaycanın Baş prokuroru ölkəmizin Beyrutdakı səfirliyinin binasına hücumla bağlı livanlı həmkarı ilə telefonla danışıb
Bir çox yerli və xarici media resurslarında avqustun 29-da Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxsin səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri səfirliyin inzibati binasına atmalarını əks etdirən videogörüntülər yayılıb.