HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

AZƏRTAC səfirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, nota bu il avqustun 7-də Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.

Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib. Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirdi və ona vəzifəsinin icrasında uğurlar arzuladı.

Laçında atəşfəşanlıq

Azad Laçın indi doğma sakinləri ilə birlikdə öz azadlığının bir ilini qeyd edir. Uzun illərin yurd həsrəti bitib, laçınlılar yarım qalan xatirələrini yenidən yaşayırlar. Laçının azad olunmasının ildönümündə göy üzü atəşfəşanlığa qərq olub.

AZƏRTAC loqosunu və veb-saytını yeniləyib

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC loqosunu və veb-saytını yeniləyib.

Ölkəmizin 1920-ci il martın 1-dən fasiləsiz fəaliyyət göstərən ilk xəbər agentliyi – AZƏRTAC özünün imicində yenilənmə aparmaq, qarşıya qoyulan vəzifələri daha dolğun və ifadəli təqdim etmək məqsədilə yeni loqo hazırlamaq qərarına gəlib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər Dövlətimizin başçısı tədbirdə çıxış edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.