HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azad edilmiş ərazilərdə daha 234 piyada əleyhinə mina aşkarlanıb

Avqustun 14-dən 20-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 453,9 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Budapeştdə atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyiblər

Avqustun 20-də Macarıstanın paytaxtı Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə finalı izləyiblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub

Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin bu ilin aprelində Bosniya və Herseqovinaya rəsmi səfəri və səfər zamanı aparılmış müzakirələrin önəmi vurğulandı, həmin səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının önəmi qeyd edildi.