HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın ədliyyə naziri Bentze Tujon və digər rəsmi şəxslər qarşıladılar.

Böyük Qayıdış: Daha 46 sakin Laçına yola salındı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə – 46 nəfər köçürülüb.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Çay ixracı azalıb

Bu ilin yanvar-iyul aylarında 379 ton çay ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 3,4 milyon ABŞ dolları olub.

“Azeri Light” markalı neft ucuzlaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,14 dollar azalaraq 89,25 dollar olub.