“Euronews Baku”nun baş icraçı direktoru: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

Biz, media işçiləri olaraq informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayırıq. Medianın əsas missiyalarından biri yalnız informasiya ötürmək deyil, həm də insanları maarifləndirmək və onları oxuduqları, izlədikləri məlumatların təbii səbəbini anlamağa təşviq etməkdir.