
Biz, media işçiləri olaraq informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayırıq. Medianın əsas missiyalarından biri yalnız informasiya ötürmək deyil, həm də insanları maarifləndirmək və onları oxuduqları, izlədikləri məlumatların təbii səbəbini anlamağa təşviq etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Euronews” telekanalının aparat rəhbəri, “Euronews Baku”nun baş icraçı direktoru Fernando Soares III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzusunda paneldə deyib. O qeyd edib ki, məlumatın haradan qaynaqlandığını, hansı məqsədlə yayıldığını və ictimai rəyə necə təsir etdiyini dərk etmək bu gün hər bir vətəndaş üçün zərurətə çevrilib: “Bizim məqsədimiz bu prosesi daha geniş auditoriyaya çatdırmaq, xüsusilə də gənc nəslin maariflənməsini təmin etməkdir. Burada təhsil müəssisələrinin rolu xüsusilə vacibdir. Çünki gənclər informasiya mənbəyi olaraq ən çox sosial mediaya müraciət edirlər. Lakin sosial media həm də feyk xəbər və manipulyasiyaların sürətlə yayıldığı bir platformadır. Məhz buna görə gənclərin informasiyanı tənqidi təhlil etməyi, onun yaranma səbəbini və mümkün nəticələrini dərk etməsi son dərəcə önəmlidir”.
Fernando Soares bildirib ki, bugünkü dünyanın reallıqları, informasiya müharibələri, dezinformasiya kampaniyaları və rəqəmsal manipulyasiyalar hər kəs üçün xəbərdarlıq siqnalı olmalıdır. Bu şəraitdə media sadəcə xəbərləri təqdim edən vasitə deyil, həm də həqiqətin qoruyucusudur.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











