Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir – VİDEO

Konstitusiya Məhkəməsinin 25 illik yubileyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur.
Gecə 00:01-də baş verən zəlzələnin maqnitudası 5.5 olmasına baxmayaraq, dərində olduğuna görə şimal zonalarında və Bakı və Abşeron yarımadasının müəyyən yerlərində hiss olunub. 10 saniyə davam edib və heç bir fəsad və dağıntı olmayıb.
İyulun 4-də saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi iyul-sentyabr aylarında “And yerimiz – Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə zamanı 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn Xaçmaz, Quba və Qusar rayonlarından olan döyüşçülərin xatirələrinin əbədiləşdirmək, yaşatmaq, eləcə də əlillik dərəcəsi alan qazilərin tanıdılması məqsədilə onlar barədə məlumatlar toplanılaraq kitab şəklində nəşr etdiriləcək.