HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında iştirakına və dəstəyinə görə minnətdarlığını bildirdi, bunun əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini dedi.

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.