HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Heydər Əliyev və Azərbaycanın neft strategiyası

“Heydər Əliyev və Azərbaycanın neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdaşa çevrildiyini dedi, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğuladı.

Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçirilib

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları biznes forumda çıxış ediblər.