HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və xanımına əvvəlcə Ağdam şəhər 1 saylı məktəbin yeni binasında tikinti işlərinin gedişi barədə məlumat verildi. Bildirildi ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq.

Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməli qoyulub

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verdi.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.