HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

Azərbaycanlı gənclər “Mübariz İbrahimov” dronu ilə “TEKNOFEST- 2023”ün qalibi oldular

Aprelin 24-30-da keçirilən “TEKNOFEST-2023” festivalı çərçivəsində Türkiyənin Bursa şəhərlərində təşkil edilən Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən ibarət olan “DroneX” komandası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verdikləri dronla yarışın qızıl medalına və kubokuna layiq görülüb.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxıblar.