HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan və Türkiyə prezidentləri birgə nahar ediblər

Aprelin 29-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə nahar ediblər.

Parisdə Ulu Öndər 100 illik yubileyi və Azərbaycan-UNESCO tərəfdaşlığının 40 illiyi qeyd olunub

Aprelin 28-də Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən UNESCO-nun mənzil-qərargahında Azərbaycan-UNESCO tərəfdaşlığının 40 illiyi və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun və UNESCO üzrə Milli Komissiyamızın dəstəyi ilə “Azərbaycan-UNESCO: 40 illik tərəfdaşlıq” mövzusunda konfransla başlayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak edirlər

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəldilər.