HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Zaqatalada zəlzələ baş verib

Aprelin 24-də Zaqatala seysmoloji stansiyasından 16 kilometr cənub-qərbdə – Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 15:22-də qeydə alınan zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.8-ə bərabər olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Azərbaycanın etirazlarına görə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddia sənədinə baxılmanı dayandırıb

Aprelin 21-də Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını rəsmən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.

Ayxan Hacızadə Fransa XİN-in sözçüsünə cavab verib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatını şərh edib.

Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulandı.