Laçın-Xankəndi yolu: 132 gündür davam edən aksiyada ekofəalların tələbləri dəyişməz olaraq qalır

Azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda etiraz aksiyası 132 gündür davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdirib, səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.