HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Aprel şəhidlərinin xatirəsi anılıb

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Aprel döyüşlərinin yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində anım tədbirləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçuların, şəhid ailələri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbirlərində şəhidlərimizin məzarları ziyarət edilib, üzərinə əklil və gül dəstələri qoyularaq ehtiram nümayiş etdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan Luvr Karusl “Art Shopping” beynəlxalq müasir incəsənət festivalında təmsil olunur

Parisdə Luvr muzeyinin Karusel (Carrousel) qalereyasında beynəlxalq incəsənət festivalı təşkil edilib. Azərbaycan festivalda Heydər Əliyev Fondun təşkilatçılığı və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunur. Pavilyon Azərbaycan mədəniyyətinin ölkə xaricində tanıdılması, onun ənənəvi dəyərlərinin qorunması ilə yanaşı, müxtəlif müasir istiqamətlərdə inkişafını əks etdirir.