HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Laçın-Xankəndi yolu: Xarici media nümayəndələri ekoaksiyanın keçirildiyi əraziyə gəliblər

Aprelin 2-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün əraziyə gəliblər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Böyük Britaniyadan olan müxbir Eror Aleksandar və serbiyalı fotoqraf Nemanya Knezeviç Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının gedişi, keçirilmə səbəbləri barədə məlumatlandırılıblar. Onlar Laçın-Xankəndi yolunda hərəkətin sərbəstliyinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər.

Şanlı və uğurlu Aprel döyüşlərindən yeddi il ötür

Aprel döyüşləri dünyaya Azərbaycan Ordusunun, dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi

Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib. Aprelin 1-5-də baş vermiş Azərbaycan xalqının qəhrəmanlığının nümayişi olan və Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlər Vətən müharibəsinin ilkin məşqi və tarixi Zəfərə aparan yol idi.

111-ci gün: Havanın qarlı və soyuq olması ekofəalların iradəsinə təsir etmir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Artıq 111 gündür davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!