XİN: Ceyhun Bayramov israilli həmkarı ilə brifinqdə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.