MN: Ordumuzun mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub
Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub.
Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikası Milli Məclisinin martın 17-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) geoloji kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85,56 kvadratkilometr olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8,29 kvadratkilometr ərazidə, o cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində 2022-ci ilin iyun-dekabr ayları ərzində yerüstü aktiv axtarış-kəşfiyyat işləri icra edilib. Nəticədə əldə edilmiş sınaq nümunələri element tərkiblərinin müəyyən edilməsi məqsədilə analiz üçün beynəlxalq laboratoriyaya göndərilib.
Martın 12-də X Qlobal Bakı Forumu çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin ikinci panel iclası “Millətin formalaşması” mövzusuna həsr olunub.