X Qlobal Bakı Forumu çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə X Qlobal Bakı Forumunun yüksəksəviyyəli iştirakçılarının, sabiq dövlət və hökumət başçılarının, yüksəksəviyyəli digər qonaqların Ulu Öndər Heydər Əliyev ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub.