“Mərmər soyuğu” filmi Fransada 3 mükafat qazanıb

Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d’Asie) mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi festivalın 3 mükafatına layiq görülüb: Beynəlxalq Jürinin Böyük Mükafatı, NETPAC Jürisinin mükafatı və Marc Haaz jüri mükafatlarıdır. Festivalda filmi rejissor Asif Rüstəmov təmsil edir.