HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə təxribat törədib

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü dünya mediasının diqqət mərkəzində

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-lərində dərc olunmuş məqalələrdə qlobal səviyyədə yaşanan gərginliklərə baxmayaraq, 70-dən çox dövlətin nümayəndələrinin Bakıdakı Zirvə görüşündə bir araya gəlmələri Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin beynəlxalq aləmdə hörmətinin və nüfuzunun göstəricisi olduğu vurğulanıb.