HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə görüşünü faydalı hesab edib

Ətraflı müzakirələr aparmağa imkanımız oldu və geniş spektrli suallar müzakirə edildi. Keçən ilin nəticələri barədə müzakirələrimiz oldu, eyni zamanda, cari il ərzindəki hadisələri müzakirə etmək imkanımız yarandı. Ölkələrimiz arasında diplomatik münasibətləri, eyni zamanda, hökumətlərarası münasibətlərin perspektivləri barədə fikir mübadiləsi apardıq.

Meksikalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan Meksika parlamentinin Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə çoxtərəfli diplomatiyanı təşviq edir

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.