HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd etdi, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyevin Münxendə İraq Kürdüstan Regional Hökumətinin başçısı ilə görüşü olub

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan Regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğuladı.

Laçın-Xankəndi yolu: Sülhməramlılara məxsus avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus on səkkiz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, 15-i yük, 3-ü isə minik avtomobili olan nəqliyyat vasitələri Xankəndidən Laçına doğru hərəkət ediblər.

Prezident İlham Əliyevin Münxendə İsrailin müdafiə naziri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Yoav Qallantı İsrailin müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, onunla Azərbaycanın müdafiə naziri arasında təmasların və telefon danışıqlarının olduğunu məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd etdi.