Rəcəb Tayyib Ərdoğan Mehriban Əliyevanın tapşırığı üzrə Qazinatepdə olan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşdü

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.