HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi.

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 284-ə çatıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 284-ə çatıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay məlumat verib.

O bildirib ki, zəlzələnin geniş fəsadlara yol açdığı 10 vilayətdə ümumilikdə 2323 nəfər xəsarət alıb.