HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərov dəfn edilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sülhməramlıların daha beş avtomobili aksiya ərazisindən maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin sülhməramlıların bir təminat avtomobili də Xankəndi istiqamətinə doğru keçid edib.

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi zəng edib.

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Prezident İsxak Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib.