HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Laçın yolundakı aksiyanın sədası dünyaya yayılır: Xarici jurnalistlər hadisə yerinə gəldilər

Yanvarın 13-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər.

AZƏRTAC xəbər verir ki, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Macarıstan və Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıb, etirazların gedişi barədə məlumatlandırılıblar.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “2020-ci ilin payızında döyüş əməliyyatlarının yenidən başlanması Ermənistanın uzun illər boyu cəzasız qalmasının məntiqi nəticəsi idi”

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində hüququn aliliyinin təşviq edilməsi və möhkəmləndirilməsi” mövzusunda müzakirələrin gedişində çıxış edib.

Hərbçilərin icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib

“Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası” təsdiq edilib.