HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 105 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Laçın-Xankəndi yolunda havaya üzərində “Stop ecocide!” yazılan şar qaldırılıb

Laçın-Xankəndi yolunda təşkil edilən aksiya qarlı hava şəraitində dinc şəkildə davam edir.

AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, bu dəfə etirazçılar plakatlarla yanaşı, havaya üstündə “Stop ecocide!” yazılan böyük şar qaldırıblar. Eyni zamanda, “Ekocinayətə son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarları səsləndirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Milad bayramı münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.