HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Laçın-Xankəndi yolundakı aksiya artıq 23 gündür davam edir


Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 23 gündür davam edir.

Yaşayış binasında baş verən partlayışda həlak olan polis işçisidir


Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayışın baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

Sülhməramlılara məxsus növbəti minik avtomobilləri Laçın-Xankəndi yolundan maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiyanın keçirildiyi ərazidən maneəsiz hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Ötən ilin əsas hadisələri – XRONİKA


Yola saldığımız 2022-ci il Azərbaycan tarixinə daha bir uğur səhifəsi kimi yazıldı. Qlobal sosial-iqtisadi böhrana baxmayaraq, ötən  il Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz artdı, ümumi daxili məhsul rekord həddə – 130 milyard manata çatdı.