Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Aşşur salnaməsində qeyd olunur. Aşşur və Urartu dövlətləri arasında Urmiya ətrafı ərazilərə yiyələnmək uğrunda daimi mübarizə şəraitində Manna dövləti öz müstəqilliyini saxlamağa çalışmışdır. Mannanın çiçəklənməsi çar İranzunun hakimiyyəti illərinə təsadüf edir.