Qədim Şərq qaynaqları şəhadət verir ki, e.ə. VII əsrin 70-ci illərində meydana gəlmiş Skif çarlığı bir neçə on il ərzində Ön Asiyanın hərbisiyasi həyatında mühüm amil olmuşdur. İşkuz (skiflər) ölkəsi Kür çayının orta axarı ilə Urmiya gölü ətrafındakı Manna ərazisi arasında yerləşən vilayətləri əhatə edirdi. E.ə. VI əsrin 90-cı illərində Skif çarlığı çox zəhmli qüvvə sayılırdı. “Skif çarlığı” Azərbaycan zonasında nisbətən sabit əraziyə malik idi. Bu çarlıq azı 80 il yaşadı.

Ön Asiyada “Skif çarlığı”nın, demək olar, tam hökmranlığına, ehtimal ki, e.ə. VII əsrin 20-ci illərinin axırında və ya 10-cu illərinin əvvəlində son qoyuldu. Asiyada yeni qüvvə, madalılar meydana gəldi. Çarlıq ləğv olunmuşdu, lakin skif əhali qrupları-“skiflər”, “ortokoribantlar” və “sakasenlər” Azərbaycan ərazisində yaşamaqda davam edirdilər.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.48

















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











