İnsanlığa qarşı törədilmiş ən qəddar cinayət

Ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımını alman arxiv sənədləri də təsdiq edir

Ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımını alman arxiv sənədləri də təsdiq edir
Son iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar.
Nə zaman ki bu xalq öz müstəqilliyini bəyan etmək, imperiyanın əsarətindən qurtulmaq üçün ayağa qalxdı, başının üstünü bir başqa bəla aldı. Bu bəlanın adı erməni təxribatı oldu. Erməni toplumunun Azərbaycan xalqının vüqarına, tarixinin, mədəniyyətinin zənginliyinə, adət-ənənələrinin bənzərsizliyinə, ərazisinin genişliyinə, təbiətinin rəngarəngliyinə qarşı həsədini hiddətə, kinə çevirmək üçün çox əziyyətə qatlaşmaq da lazım gəlmədi. Çünki yazılmış vəsiyyət, düşünülüb-daşınılmış plan vardı…

(31 Mart azərbaycanlıların soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən ağır cinayətlərindəndir)

(Cənubi Qafqaz Seyminin sənədləri üzərindən təhlil)
1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur. Beləki, Milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu.