Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Azərbaycanlıların 1918-ci il mart soyqırımı bəşər tarixinə ən qanlı və misli görünməmiş faciələrdən biri, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamı kimi düşmüşdür. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanda ermənilər tərəfindən yarım milyondan artıq insanın həyatına son qoyulmuşdur.
Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, azərbaycanlıların yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır.
Tarixi faktlar gec-tez üzə çıxır. Heç bir həqiqət gizli qalmır. Qubada kütləvi məzarlıq da 2007-ci il aprelin 1-də təsadüf nəticəsində tapıldı. Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın sağ sahilində idman kompleksinin təmiri zamanı qazma işləri aparılarkən aşkar edildi.
(Britaniya kitabxanasının arxiv sənədlərində. 1918-1920-ci illər)

Gürcüstanın Bolnisi rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun ziyalıları, müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.