HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

48 gün əsirlikdə çəkilən dəhşətli işgəncə

0e987d4f20879cfa69ebd6438419c7d7

…1992-ci ilin fevral ayı. Çox sərt qış gəlmişdi. Mühasirənin ağırlığı həyatımızı daha da müşkülə salmışdı. Xocalıdakı 1 nömrəli təmir-tikinti idarəsində baş mühəndis işləyirdim. 5 uşağım var idi, 3 qız, 2 oğlan. O vaxt qızlarımın hamısı ailə qurmuşdu. Bir qızım Mingəçevirdə yaşayırdı. Digər qızımı körpə uşağıyla birgə hərbi vertalyotla yola salmışdıq. 19 yaşlı qızım Səadət isə cəmi 6 ay idi ailə qurmuşdu, Xocalıda yaşayırdı. Oğlanlarım isə balaca idilər. Onları vertolyotla Goranboya, qardaşımgilə göndərmişdim. Fevralın 25-dən 26-na keçən gecə isə ömrümüzə vurulan sağalmaz yaranın başlanğıc tarixi oldu. O gecə nələr yaşadıq, nələr… 

Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə Azərbaycan alimlərinin etirazı

14851848051277436185_1000x669

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin əməkdaşları ötən il dekabrın 19-da Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) sərlövhəli məqaləsinə etirazılarını bildirirlər.

Cibuti parlamenti Xocalı soyqırımını tanıyıb

14852409586372120403_1000x669

Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qətnamə Milli Assambleyanın spikeri Məhəmməd Əli Huməd ilə görüşdə Azərbaycan səfiri Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.

Xalqımızın qəhrəmanlıq tarixi

903c5452479ffb2fb91ec85360b63b2d

Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 1990-cı ilin 20 Yanvarıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, azadlıq, müstəqillik və suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə həmin gün imperiya rəhbərləri Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdilər. Təcavüz nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə azadlıq aşiqi həbs edildi, çoxu ömürlük şikəst oldu.

1918-1919-cu illərdə Lənkəran qəzasında erməni millətçilərinin  törətdikləri soyqırım

soyqirim

XX əsrin əvvəllərində başlayaraq ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşımızda silinməz izlər buraxmışdır. Bu dövrdə baş vermiş hadisələr nəticəsində on minlərlə dinc soydaşımız bolşeviklərin havadarlığı ilə erməni daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmışdı. 1918-ci ilin martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin fəal iştirakı ilə törədilmiş dəhşətli qırğın nəticəsində dilindən, dinindən, cinsində, mənşəyindən asılı oplmayaraq minlərlə dinc əhali öldürülmüş, təhqir və işgəncələrə məruz qalmışdı. Bu qanlı hadisə tezliklə Bakı hüdudlarından kənara çıxmış, bolşevik- daşnak quldur dəstələri  bi sıra  Azərbaycan qəzalarında olduğu kimi, Lənkəran qəzasını da talan etmiş, dinc əhali amansızcasına öldürülmüşdü.