HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

“The Algemeiner”: Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər

14797122174561256062_1000x669

ABŞ-da çıxan yəhudilərə məxsus “The Algemeiner” qəzetində amerikalı ravvin və “Xocalı: bəşəriyyət əleyhinə cinayət” kitabının müəllifi İzrail Barukun “Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə İkinci Dünya və Qarabağ müharibələrinin odundan-alovundan keçmiş iki azərbaycanlının taleyindən danışılır.

Soyqırımı kim-kimə qarşı törətmişdir?

soyqırım
Foto: Türkiyənin şərqində müsəlman əhalisinə divan tutmuş Andranik Ozanyan və onun silahlı dəstəsi. 1916-cı il

Birinci Dünya müharibəsi illərində, 1922-ci il yayın axırlarına qədər erməni və türk əhalinin birgə yaşadığı ərazinin çox hissəsində ermənilər tərəfindən başlanmış çoxsaylı zorakılıq və qırğın aktları törədilmişdir. Zorakılığın məhz ermənilər tərəfindən təhrik edilməsi və türklərin əvvəlcə etnoslararası qarşıdurmaya və hərbi əməliyyatlar zonasında müxtəlif daxili iğtişaşlara yol verməmək cəhdləri tam sübut edilmişdir.

Erməni vandallarının məhv etdiyi maddi-mədəniyyət abidələri

757a2bda4eedd93aa58e13c4f912773e

Azərbaycanın işğala məruz qalmış ərazilərində erməni vandalları tərəfindən məhv edilən maddi-mədəniyyət abidələri milli sərvətimizdir. Bu abidələr təkcə maddi mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrı-acılıdır.

Azərbaycana qarşı yürüdülən zorakılıq, soyqırımı və etnik təmizləmə siyasəti bəşəriyyətə təhdiddir

02

Müasir dünyada baş verən qlobal iqtisadi böhrana və siyasi kataklizmlərlə zəngin proseslərə nəzər saldıqda, bəşəriyyətin zorakılıq, dözümsüzlük və qəddarlıqla müşayiət olunan terrorçuluqla, habelə milli və dini zəmində gerçəkləşdirilən soyqırımı ilə sınağa çəkildiyini görürük. Yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq, İslam ölkələrində baş verən hərbi münaqişələr və döyüşlər hər gün çoxsaylı insan tələfatı ilə nəticələnir.

Cənubi Azərbaycanda erməni xəyanəti

Dünyaya özlərini məzlum, zərərçəkən xalq kimi tanıdan ermənilər XX əsrdə qonşu xalqlara qarşı ən böyük cinayətlər törətməklə yadda qaldılar.

Ermənilər 6 uşaq və qadın əsir düşərgəsi yaradıb

Fotoqraf: Şahvələd Ayvazov
Fotoqraf: Şahvələd Ayvazov

Ermənistan silahlı qüvələrinin faşist metodları ilə apardıqları mübarizə nəticəsində Azərbaycanın on iki rayonu işğal olunmuşdur, iyimi dörd min soydaşımız öldürülmüş, dörd min nəfər əsir götürülmüşdür. Əsir düşənlərin böyük bir qismini uşaqlar, qocalar və qadınlar təşkil edir. İtgin düşmüş insanların ümumi sayı dörd min doqquz yüz altmış beş nəfərdir. Onların üç yüz iyirmisi qadın, altmış doqquzu uşaqdır. Erməni əsirliyindən azad olmuş 3125 nəfərin 222-si qadın, 125-i uşaqlardır.