Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanıb

Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən hesabat hazırlanıb. Hesabat 30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.